Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Bazar ertəsi RF səfirliyində Azərbaycan jurnalistlərini Rusiya-Azərbaycan münasibətləri sahəsində yüksək peşəkarlıqla hazırlanan materiallara görə mükafatlandırıblar.
Mükafatlandırma mərasimində giriş nitqində RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan jurnalistlərinə onların daima Rusiya-Azərbaycan münasibətləri mövzusuna, Rusiyanın Azərbaycandakı səfirliyində keçirilən tədbirlərə, eləcə də ümumilkdə Rusiyanın siyasətinə yetirdikləri diqqətə görə təşəkkürünü bildirib.
Səfir jurnalistlərin söz azadlığının ilk növbədə faktlara və real həqiqətə hörmətlə əsaslanmalı olduğu peşəkar yanaşmalarının əhəmiyyətini vurğulayıb.
"Mən söz verirəm ki, belə görüşlər ənənəvi olacaq. Bizim üçün Rusiyanın Azərbaycan mətbuatında necə görünməsi mühüm əhəmiyyət daşıyır, - o qeyd edib. - Sizlərdən çoxu Rusiya haqqında yazır və bunu hörmət və obyektivliklə yaxşı və peşəkarcasına edirlər".
Tədbir zamanı 14 Azərbaycan jurnalistinə "Azərbaycanın kütləvi informaisya vasitələrində Rusiya-Azərbaycan münasibətləri haqqında materialların yüksək peşəkarlıqla hazırlanmasına görə" xatirə diplomları, eləcə də həvəsləndirici mükafatlar təqdim edilib.
Tədbirdə Azərbaycanın aparıcı KİV-lərin rəhbərləri və jurnalistləri iştirak ediblər.
"Rusiya Azərbaycanla münasibətlərə əhəmiyyət verir və bu il də biz əldə edilən razılaşmalara fəxrlə dönüb baxırıq. Məsələn, sərhədlərlə bağlı məsələ tam həll edilib", - Doroxin bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan parlamentləri müvafiq dövlət müqaviləsini ratifikasiya etdikdən sonra demarkasiya məsələsi başlayacaq, bu isə gələn ilin birinci yarısında baş tuta bilər.
Diplomatın sözlərinə görə, bundan sonra tərəflər sərhədlərin demarkasiyası və onları yerlərə gətirmək üzərində işləməyə başlayacaqlar.
"2010-cu il Rusiya-Azərbaycan münasibətlərində çoxlu əhəmiyyətli hadisələrlə əlamətdardır", - Doroxin vurğulayıb.
"Heç də səfirlərin hamısı təyin olunduqları yerə öz ölkəsinin prezidentinin ildə iki dəfə gəlməsinə nail ola bilmirlər", - Doroxin deyib və Prezident Medvedevin Azərbaycana iki dəfə - ikitərəfli görüş və Xəzəryanı ölkələrin sammiti çərçivəsində səfər etməsini qeyd edib.
Səfirin sözlərinə görə, yanvarda Bakıda keçirilən Rusiyanın demək olar ki, bütün elmi və yaradıcılıq elitasının gəldiyi humanitar forum da yadda qalan olub.