...

Azərbaycan Baş Prokurorluğu Ukrayna DİN-in İnsan alveri ilə mübarizə departamenti rəisinin açıqlamasına münasibət bildirib

Cəmiyyət Materials 20 Dekabr 2010 18:56 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçerin açıqlamasına münasibət bildirib.
Azərbaycan Baş Prokurorluğu Ukrayna DİN-in İnsan alveri ilə mübarizə departamenti rəisinin açıqlamasına münasibət bildirib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan Baş Prokurorluğu Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçerin açıqlamasına münasibət bildirib. Bu barədə bazar ertəsi Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir.

"İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupunun yaradılması barədə tərəfimizdən ictimaiyyətə informasiya verilib", - prokurorluğun məlumatında deyilir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində işin bütün hallarının araşdırılması, eyni zamanda, cinayətin törədilməsində iştirakı olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, lakin hazırkı vaxtadək iş üzrə təqsirləndirilən və ya cinayət məsuliyyətinə cəlb edilən yoxdur.

Xəbər lenti

Xəbər lenti