...

Azərbaycanda doktoranturaya qəbul gələn ilin yaz aylarında keçirilə bilər - AMEA prezidenti

Cəmiyyət Materials 24 Dekabr 2010 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda doktoranturaya qəbul gələn ilin yaz aylarında keçirilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

Kərimov bildirib ki, son iki ildə Azərbaycanda doktoranturaya qəbul həyata keçirilmədiyindən qəbulun ildə iki dəfə aparılması barədə məsələ qaldırılacaq.

AMEA-nın prezidenti qeyd edib ki, Nazirlər Kabineti doktoranturaya qəbul aparılacaq institut və elmi təşkilatların siyahısını təsdiq edəndən sonra həmin təşkilatlardan qəbul aparılacaq ixtisaslar üzrə plan yerləri barədə təkliflər alırıq.

"Təkliflər tam öyrəniləcək və bundan sonra qəbul aparılacaq ixtisasların, yerlərin sayı müəyyən ediləcək. Bu planlar hökumətlə razılaşdırıldıqdan sonra qəbul elanları veriləcək", - Kərimov vurğulayıb.

Doktoranturanın diplomlarının xaricdə tanınmasına gəlincə, Kərimov bildirib ki, ayrı-ayrı dövlətlərlə imzalanmış ikitərəfli müqavilələrdə doktorantura diplomlarının qarşılıqlı tanınması barədə müddəalar var və bu sahədə hər hansı problem olmayacaq.

Onun sözlərinə görə, doktorantura ixtisasları YUNESKO-nun ixtisaslarına uyğunlaşdırılıb.

"Bizdə doktorluq dissertasiyalarına olan tələbat Avropadakından yüksəkdir. Ona görə də, bütün dünyada bizim diplomlara ehtiramla yanaşırlar və qəbul edirlər", - AMEA prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti