...

Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı yayılan informasiyalar həqiqətəuyğun deyil - Azərbaycan Baş Prokurorluğu (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Dekabr 2010 18:28 (UTC +04:00)
Azərbaycan Respublikası Baş Prokurorluğu Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı «Vaşinqton Post» qəzetində dərc olunmuş informasiyaların həqiqəti özündə əks etdirmədiyini bildirir.
Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı yayılan informasiyalar həqiqətəuyğun deyil - Azərbaycan Baş Prokurorluğu (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Baş Prokurorluğu Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı "Vaşinqton Post" qəzetində dərc olunmuş informasiyaların həqiqəti özündə əks etdirmədiyini bildirir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, 30 noyabr 2000-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, H.Rzayeva küçəsi, 7 saylı evdə ABŞ vətəndaşı, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan və Gürcüstan üzrə proqram layihəsinin nümayəndəsi Con Elvisin bədəni üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar olunması faktına görə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Con Elvisin tamah məqsədi ilə, ənənəvi orientasiyaya malik olmayan şəxslərlə qeyri-normal davranışı zəminində, fəaliyyəti ilə əlaqədar siyasi motivlər zəminində, o cümlədən əcnəbi xüsusi xidmət orqanları tərəfindən ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilməsi məqsədi ilə, həmçinin ABŞ vətəndaşlarına qarşı terror əməliyyatları həyata keçirən terrorçu təşkilatların üzvləri tərəfindən öldürülməsini nəzərdə tutan əsas fərziyyələr irəli sürülərək hərtərəfli yoxlanılıb.

İstintaqın əldə etdiyi nəticələr barədə ABŞ Konqresinin Nümayəndələr Palatası, FTB-nin Qafqaz üzrə nümayəndəliyi və digər qurumlar mütəmadi məlumatlandırılıb, ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə maddi sübutların ekspertizası təşkil edilib, FTB və ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları və başqaları ilə Azərbaycan Baş Prokurorluğunda istintaq qrupunun üzvləri, Azərbaycan Daxili İşlər və Milli Təhlukəsizlik nazirliklərinin əməliyyat işçilərinin görüşlərində istintaqın gedişi, irəli sürülmüş fərziyyələr və əldə edilmiş nəticələr ətraflı müzakirə edilib.

İstintaqın təkzibedilməz dəlilləri ilə Con Elvisin siyasi və əmək fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi öz təsdiqini tapmadığı, hadisənin onun qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə intim əlaqələri zəminində baş verməsi ehtimalı daha yüksək olduğu halda, bunlardan sanki xəbərsiz olan Piter van Praq öz məqaləsində həmin faktları qərəzli şəkildə təhrif edərək, oxucu kütləsinə onun guya demokratik qüvvələrlə sıx əməkdaşlığına görə öldürüldüyünü çatdırmağa cəhd edib.

Xəbər lenti

Xəbər lenti