...

Hind mütəxəssislər Bakıda "Atəşgah məbədi"nin yenidən qurulmasında iştirak edəcəklər

Cəmiyyət Materials 11 Yanvar 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir М.Əliyev/

Hindistanlı mütəxəssislər Azərbaycanda "Atəşgah məbədi"nin bərpası və yenidən qurulmasında iştirak edəcəklər.

Hind mütəxəssislər bərpa layihəsi ilə tanış olublar və bu layihənin həyata keçirilməsi üçün Azırbaycana gələcəklər. Bu barədə çərşənbə axşamı jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou deyib.

"Atəşgah məbədi" Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərqində yerləşir. Müasir "Atəşgah məbədi" XVII-XVIII əsrlərdə "əbədi", sönməyən odların - təbii qazın alovlarının torpağa çıxdığı yerdə tikilib. Onu əksəriyyəti Şimali Hindistandan gəlmiş Bakının hind icması inşa edib.

Xəbər lenti

Xəbər lenti