...

Məhkumların ikinci şeir kitabının qadınların cəza çəkdiyi müəssisədə təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2011 17:38 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 13-də 4 saylı müəssisədə keçirilən tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov kitab barədə məlumat verib.
Məhkumların ikinci şeir kitabının qadınların cəza çəkdiyi müəssisədə təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Məhkumların "Zaman - ömürdür keçər" adlı kitabının qadınların cəza çəkdiyi müəssisədə təqdimat mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 13-də 4 saylı müəssisədə keçirilən tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov kitab barədə məlumat verib.

Qeyd olunub ki, məhbəs həyatı yaşayan insanların yaradıcılıq nümunələrinin toplandığı kitabda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınların da şeirləri var.

Forma və məzmun rəngarəngliyi ilə seçilən bu şeirlərdə maraqlı duyğular, kövrək arzular, həyat eşqi ön plana çəkilir.

Vətən, Qarabağ, torpaq, övlad, ailə və ana məhəbbətindən söz açılaraq, onların müqəddəsliyi poetik şəkildə əks etdirilir.

Əlixanov bu seirlərin hazırda həbsxana həyatı yaşayan insanların arzu və diləklərini, onların gələcəyə olan nikbin baxışlarını əks etdirməklə yanaşı, əksər hallarda təəssüf və peşmançılıq hisslərini də təcəssüm etdirdiyini bildirib.

Kitabda şeirləri toplanılmış qadın məhkumlar müəssisə rəhbərliyinin əmri ilə mükafatlandırılıb və onlara hədiyyələr təqdim edilib.

Tədbirdə eləcə də 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün təşkil edilmiş kompüter kursunu bitirmiş 15 nəfərə müvafiq sertifikatlar təqdim olunub.

Ötən ilin dekabrında geniş ictimaiyyətin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib, həmin tədbirdə millət vəkilləri, görkəmli şair və yazıçılar, xarici ölkə səfirliklərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti