...

Azərbaycan gəncləri MDB-nin gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirən qurum yaratmağı təklif edir

Cəmiyyət Materials 14 Yanvar 2011 18:59 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı MDB-nin gənclər təşkilatının fəaliyyətini əlaqələndirən qurum yaratmağı təklfi edir.
Azərbaycan gəncləri MDB-nin gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirən qurum yaratmağı təklif edir

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir М.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı MDB-nin gənclər təşkilatının fəaliyyətini əlaqələndirən qurum yaratmağı təklfi edir. Bu barədə Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə partiyanın Gənclər İttifaqının beynəlxalq münasibətlər şöbəsinin müdiri Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, "Vahid Rusiya" partiyasının gənclər təşkilatı "Gənc qvardiya"nın (MQER) dördüncü qurultayı zamanı Azərbaycan tərəfinin təklifi həm MQER, həm də digər gənclər təşkilatlarının nümayəndələri tərəfindən dəstəklənib.

"MDB məkanında mövcud olan, ciddi fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri vaxtaşırı müxtəlif tədbirlərdə görüşürlər. Lakin onların fəaliyyətini koordinasiya edən qurum mövcud deyil. Həmin təşkilatı yaratmaqla gələcəkdə fikir və təcrübə mübadilələri aparmaq olar", - Məmmədov deyib.

Qurultayda MQER rəhbərliyi tərəfindən dekabrın 11-də Moskvanın mərkəzində Manej meydanında baş verən iğtişaşları mühakimə edən qətnamə qəbul olunub. Bundan əlavə, ekstremizmlə mübarizənin 2011-ci ildə MQER-in fəaliyyətində prioritet olması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti