...

Sinoptiklər sürücülərə Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Cəmiyyət Materials 18 Yanvar 2011 12:57 (UTC +04:00)
Sinoptiklər sabah Bakıda hökm sürəcək hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb.
Sinoptiklər sürücülərə Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Z.Əhmədova/

Sinoptiklər sabah Bakıda hökm sürəcək hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, yanvarın 19-da paytaxt regionunda yağışlı hava şəraiti gözlənilir. Sulu qar yağacaq, axşam saatlarında qara keçəcək. Bakıda şimal-qərb küləyi əsəcək, tədricən güclənəcək. Gecə havanın temperaturu 0-2, gündüz 2-4 dərəcə təşkil edəcək.

"Bu cür hava şəraitində daha sakit hava şəraitinə öyrəşmiş paytaxt sürücüləri üçün avtomobil idarə etmək asan olmayacaq. Kifayət qədər etibarlı olmayan maşını və avtomobil idarəertmə təcrübəsi az olan sürücülərə xüsusilə xəbərdarlıq etmək istəyirik", - büronun baş hidroloqu Asif Verdiyev Trendə deyib.

Onun fikrincə, bu cür hava şəraitində şəhər nəqliyyatından istifadə etmək daha yaxşı olardı.

"Avtomobil sahiblərinə diqqətli, ehtiyatlı olmağı, sürət rejiminə riayət etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görürük", -  o, deyib.

Sürücülərə, həmçinin yay şinlərini qış şinləri ilə əvəz etmək tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti