Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Dövlət Sosial Müdafiə Fondu qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev çərşənbə axşamı Trend-ə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Daxili audit şöbəsi apardığı audit araşdırması nəticəsində Bakı şəhəri Suraxanı rayon şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Fondun Kollegiyasında öz fəaliyyətlərində saxtakarlıq edərək vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermiş Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradovun, məsləhətçi-mühasibləri Dunay Şirəliyeva, Maisə Qurbanova, Тəranə Cavadova, Kəmalə Hüseynova, Elnarə Hüseynova, Sevda İsmayılova, Mehparə Əliyeva, Hikmət Şirinov, Emin Hüseynov və Akif Sərkərovun vəzifələrindən azad edilməsi, audit araşdırması materiallarının müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul olunub.