...

Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb

Cəmiyyət Materials 21 Yanvar 2011 12:01 (UTC +04:00)
Azərbaycanda yeni uşaq bağçaları inşa olunacaq. Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, TN-də məkbətəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb, eyni zamanda qəzalı vəziyyətdə olan bağçalar haqqında da məlumat toplanılır.
Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeni uşaq bağçaları inşa olunacaq. Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, TN-də məkbətəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb, eyni zamanda qəzalı vəziyyətdə olan bağçalar haqqında da məlumat toplanılır.

Nazirliyin məlumatında qeyd olunub ki, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun apardığı araşdırmadan belə məlum olub ki, respublikada elə regionlar var ki, orda ümumiyyətlə bağçalar yoxdur. Bu problemin aradan qaldırılması üçün Təhsil Nazirliyində investisiya proqramı hazırlanıb. Proqrama əsasən, yeni bağçaların tikintisi ilə yanaşı alternativ variantlar da nəzərdə tutulub. Bu, pilot layihə kimi artıq Bakının Xətai rayonunda və bəzi kəndlərdə tətbiq olunur. Eyni zamanda, Təhsil Nazirliyinin mütəxəssisləri gələcəkdə artırılması nəzərdə tutulan qruplarda dərs deyəcək müəllimlərlə iş aparır.

Məktəbəqədər təhsil müəssisələrinə alternativ müəssisələrdə uşaqlara yemək verilməsi nəzərdə tutulmur, yuxu saatları da yoxdur. Uşaqlar üç saat ərzində bağçada olurlar, bir-birləri ilə ünsiyyət qururlar. Qısamüddətli təlim qruplarından uşağın məntiqi təfəkkürünün inkişaf etdirilməsi, ən sadə əmək vərdişlərinə, bilik və bacarıqlara yiyələnməsi, bir sözlə uşağın məktrəbə hazırlıqlı getməsi üçün alternativ yol kimi istifadə etmək olar.

Hazırda respublikada 1635 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Bunlarda 1571-i Təhsil Nazirliyinin tabeliyindədir. Nazirlikdə məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi, kurrikulumların hazırlanması, qəzalı vəziyyətdə olan bağçalar haqqında məlumatların toplanması istiqamətində də iş aparılır.

Xəbər lenti

Xəbər lenti