...

Azərbaycanın "İnter" futbol klubu "Birlik Kuboku"nu penaltilərlə qazanıb

Cəmiyyət Materials 23 Yanvar 2011 18:31 (UTC +04:00)
Bakının "İnter" futbol klubu "Birlik Kuboku"nun final matçında Belarusiyanın "Şaxtyor" klubunu penaltilərdə 6:5 hesabı ilə udub.
Azərbaycanın "İnter" futbol klubu "Birlik Kuboku"nu penaltilərlə qazanıb

Bakının "İnter" futbol klubu "Birlik Kuboku"nun final matçında Belarusiyanın "Şaxtyor" klubunu penaltilərdə 6:5 hesabı ilə udub.

Sankt Peterburqda keçirilən oyunun hər iki hissəsi və əlavə vaxtı 0:0 hesablı heç-heçə ilə bitib.

"İnter" builki "Birlik Kuboku"nun finalına qol buraxmayaraq yüksəlib.

Kubokun qrup mərhələsində "İnter" Qırğızıstanın "Neftçi" və Tacikistanın "İstiqlol" klublarının hər ikisini eyni hesabla - 3:0 udub. 1/4 final mərhələsində Azərbaycan təmsilçisi Ermənistanın "Mika" komandasını 4:0 hesabı ilə darmadağın edib. Yarımfinalda isə "İnter" "Zenit"i (Rusiya) 5:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti