...

Azərbaycanın Göygöl rayonunda Olimpiya Kompleksinin təməli qoyulub

Cəmiyyət Materials 24 Yanvar 2011 17:57 (UTC +04:00)
Bazar ertəsi Azərbaycanın Göygöl rayonunda Olimpiya Kompleksinin təməli qoyulub. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Göygöl şöbəsindən məlumat verilib.
Azərbaycanın Göygöl rayonunda Olimpiya Kompleksinin təməli qoyulub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Bazar ertəsi Azərbaycanın Göygöl rayonunda Olimpiya Kompleksinin təməli qoyulub. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Göygöl şöbəsindən məlumat verilib.

Kompleks üçün 6 hektar torpaq sahəsi ayrılıb. Kompleksin birinci mərtəbəsində 50 nəfərlik yeməkxana, tibbi, məşqçi və hakim kabinetləri, trenajor zalı, ikinci mərtəbədə boks zalı, şahmat klubu, soyunub-geyinmə və avadanlıq otaqları yerləşib.

Kompleksin nəzdində universal idman zalı, üzgüçülük hovuzu, güləş zalı fəaliyyət göstərəcək.

Futbol stadionunun yaradılması da kompleksin tikinti planına daxildir.

Olimpiya Kompleksinin təməl daşının qoyulması mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

Azərbaycanda indiyədək 28 olimpiya kompleksi istismara verilib. 11 kompleksin tikintisi isə davam etdirilir. 2011-ci ildə daha 6 kompleksin istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti