...

Azərbaycan buzadırmananlarının çempionatı başlayır (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2011 10:37 (UTC +04:00)
Azərbaycanda buzadırmanma üzrə açıq Azərbaycan birinciliyi keçirilir. Bu barədə Trend-ə cümə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından (HEİNF) məlumat verilib.
Azərbaycan buzadırmananlarının çempionatı başlayır (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/ 

Azərbaycanda buzadırmanma üzrə açıq Azərbaycan birinciliyi keçirilir. Bu barədə Trend-ə cümə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından (HEİNF) məlumat verilib.

Federasiya çempionatı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə yanvarın 28-dən 30-dək Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirir.

Çempionata Rusiya, Türkiyə və Ukrayna idmançılarının da qatılacağı gözlənilir.

Yarışda HEİNF-nin "Dağ hazırlığı məktəbi", Respublika Alpinist Turist Klubu, Bakıdan "Ekosport", "A+A", "Climb-club", "Bakı Dövlət Universiteti", Memarlıq və İnşaat Universitetinin "Edelveys", "Qərb Universitetinin idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ"  klublarının 60 nəfərə yaxın idmançısı iştirak edəcək.

2 turdan ibarət turnirin 29 yanvarda keçiriləcək I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 30 yanvarda baş tutacaq II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatını idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə keçən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almışYevgeniya Nəcəfova və Yaqub Əsədov təlim keçib.

Xəbər lenti

Xəbər lenti