...

Azərbaycanda çayların sululuq səviyyəsi artıb – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 28 Yanvar 2011 14:18 (UTC +04:00)
Son günlər dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağıntılarla əlaqədar dağ çaylarında sululuğun artımı müşahidə olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda çayların sululuq səviyyəsi artıb – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Hacıyev/

Son günlər dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağıntılarla əlaqədar dağ çaylarında sululuğun artımı müşahidə olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur. Ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 240-270, Kiçik Qafqaz çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 95-150, Naxçıvan MR çaylarında isə 55-180 faizini təşkil edir", - İbrahimova əlavə edib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, tranzit çay olan Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi ongünlük normanın 80 faizini təşkil edir, Qanıx çayının Əyriçay məntəqəsində isə bu göstərici 76 faizdir.

Onun sözlərinə görə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam edir. "Ümumiyyətlə, yanvar ayı ərzində Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 41 sm, Zərdabda 60 sm, Surrada 32 sm, Şirvanda 17 sm, Salyanda 10 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma müşahidə olunub", - İbrahimova deyib.

Nazirlik rəsmisi bildirib ki, Kür çayının aşağı axınında müşahidə olunan hazırkı səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 106-200 sm aşağıdır.

Xəbər lenti

Xəbər lenti