...

Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşına çevrilir

Cəmiyyət Materials 1 Fevral 2011 12:30 (UTC +04:00)
Yaxın Şərq ölkələrində tez-tez baş verən iğtişaşlar fonunda Azərbaycan enerjidaşıyıcılar tədarükçüsündən Avropa İttifaqının əsas enerji tərəfdaşına çevrilir. İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin rəhbəri Karl Hamilton belə hesab edir.
Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşına çevrilir

İsveç, Stokholm, 1 fevral /Trend, müxbir Ü.Sadıxova/

Yaxın Şərq ölkələrində tez-tez baş verən iğtişaşlar fonunda Azərbaycan enerjidaşıyıcılar tədarükçüsündən Avropa İttifaqının əsas enerji tərəfdaşına çevrilir. İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin rəhbəri Karl Hamilton belə hesab edir.

Cümə axşamı Avropa liderlərinin Brüsseldə keçiriləcək sammitində enerji təhlükəsizliyi və əsas tədarükçü regionlardan təbii qaz və neftin tədarükü məsələləri tədbirin gündəliyində əsas yer tutacaq.

"Sammitdə enerji siyasəti və təhlükəsizliyi məsələlərinə, Avropa bazarlarının liberallaşdırılmasının vacibliyinə toxunulacaq. Yaxın Şərq getdikcə bir zamanlardakından daha qeyri-sabit olur, ona görə də bu kontekstdə Cənubi Qafqaz əsas enerji tərəfdaşına çevrilir", - Hamilton Trend-ə bildirib.

Onun fikrincə, əvvəlcə Tunisdə, daha sonra Misirdə kütləvi xalq etirazlarının keçirildiyi Afrika qitəsinin şimal ölkələrində baş verən hadisələrin regionun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan digər ölkələrinə də təsiri olacaq. Ona görə də təbii qazın və neftin Cənubi Qafqazdan və onun vasitəsilə tədarükü Aİ üçün getdikcə daha vacib olacaq. Bu kontekstdə mərkəzi rol Azərbaycana ayrılacaq, isveçli parlamentari izah edib.

Azərbaycan öz yüngül neftinin dünya bazarlarına nəqlini bir neçə marşrutla, eləcə də Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləri ilə həyata keçirir. 2010-cu ildə ölkə hasil etdiyi təxminən 51 milyon ton neftin 45 milyon tona yaxınını ixrac edib.

Bu gün Avropaya qaz nəqlinin təmin olunmasında Azərbaycanın rolu xeyli artıb. Respublikaya "Nabukko", ITGI , "Transadriatik qaz kəməri", "Bəyaz axın" kimi marştrutlar da daxil olmaqla "Cənub qaz dəhlizi" layihələri üçün ilk əsas tədarükçü qismində baxılır. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı əsas qaz ixracı mənbəyi hesab edilir. 2017-ci ildən, yəni Avropanın bu yataqdan qaz almağa başlamaq fikrində olduğu vaxtdan orada hasilat ildə 25 milyard kubmetrə çatdırılacaq. Həmin həcmdən 10 milyard kubmetr qaz Avropa üçün nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Orta Asiyadan, ilk növbədə Türkmənistandan qaz tranzitinin əsas marşrutu hesab edilir.

Xəbər lenti

Xəbər lenti