...

Çay insanı şişlərdən və iflicdən qoruyur

Cəmiyyət Materials 2 Fevral 2011 11:50 (UTC +04:00)
Çay insanı şişlərdən və iflicdən qoruyur
Çay insanı şişlərdən və iflicdən qoruyur

Azərbaycan, Bakı, 02 fevral /Trend, müxbir M.Əliyev/  

Gündə üç fincan çay sağlamlığı qorumağa və saxlamağa kömək edir. London Universitetinin fitokimya professoru Simon Gibbons buna əmin edir. Araşdırmalara görə, müntəzəm olaraq çay içən adamlarda beyin şişi və ya iflicə çox az hallarda təsadüf edilir, onlar infeksiyalara daha yaxşı tab gətirirlər.

Çayın dörd əsas tipi mövcuddur - qara, yaşıl, ağ çay və ulun çayı. Onların hamısı faydalı antioksidentlərə malikdirlər. Çaya süd əlavə edilməsi arzuedilməzdir: zülallar orqanizmin faydalı maddələr əldə etməsinə mane olur, şəkər isə belə effektə malik deyil.

Hollandiyada aparılan 15 illik tədqiqatlar qara çayın südsüz müntəzəm qəbulu ilə iflic riskinin azalması arasında sıx əlaqənin olduğunu göstərib. Tədqiqatçılar qara çayda aşkar edilən flavonoidlərin (antioksidant xassəli qidalandırıcı maddələr) arteriyaların sıxılmasına gətirib çıxararaq iflic və ya ürək tutması ehtimalını artıran "pis" xolesterinin azalmasına yardım etdiyi qənaətinə gəliblər. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" qəzeti yazır.

Amerikalı mütəxəssislərin tədqiqatları isə gündə beş porsiya qara çayın  "pis" xolesterinin səviyyəsini azaltdığını aşkar edib. Flavonoidlər də qan damarlarının işini yaxşılaşdırır. Qara çayın yarpaqlarının tərkibindəki kofein və L-teanin koqnitiv xassəsləri yaxşılaşdırır, üstəlik, xərçəng hüceyrələrinin inkişafını əngəlləyən polifenollarla zəngindir.

Yaşıl çay polifenollarla xüsusilə zəngindir. O həm də bağırsaq əzələlərinin yığılmasını stimullaşdırmaqla həzm sisteminə kömək edir, qəbzlik, qarında köp və sancı zamanı vəziyyəti yaxşılaşdırır və çəkinin azalmasına yardım edir. Zəncəfilli çay ürək bulanmasını aradan qaldırır və adətən hamilə qadınlara tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti