...

Azərbaycanda korrupsiyaya qarşı mübarizə insanların özlərinin mübarizliyini tələb edir – deputat

Cəmiyyət Materials 14 Fevral 2011 14:48 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizə insanların özlərinin mübarizliyini tələb edir. Bunu bazar ertəsi Trend-ə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə insanların özlərinin mübarizliyini tələb edir – deputat

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda korrupsiyaya qarşı mübarizə insanların özlərinin mübarizliyini tələb edir. Bunu bazar ertəsi Trend-ə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

"Korrupsiyaya qarşı mübarizə təkcə sənədlərlə gerçəkləşmir. Əgər biz korrupsiyaya yol verilməyən saf mühitdə yaşamaq istəyiriksə, hər birimiz bu sahədə mübariz olmalıyıq", - Aslanova bildirib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə dövlətin siyasi iradəsi var və hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, korrupsiya elementinin gündəmə gəlməsinə yol vermək lazım deyil.

"Korrupsiya abstrakt məhfum deyil, iki tərəfin qarşılıqlı münasibəti nəticəsində yaranır", - Parlament komitəsinin sədri qeyd edib.

Aslanovanın sözlərinə görə, cəmiyyətdə korrupsiyaya qarşı kəskin münasibətinin formalaşmasına böyük ehtiyac var.

"Bu gün Azərbaycan reallığında hər hansı bir korrupsiya elementlərinin mövcud olması yolverilməzdir - cəmiyyətin bu məsələyə münasibətində çox ciddi dəyişikliklərin olması gündəmə gəlir və qəbul edilən qərarlar yaşadığımız mühitin sağlamlaşmasına, saflaşmasına, insanlarda belə məqamın yolverilməz olması fikrinin formalaşmasına yönəlmiş ciddi addımlardır", - millət vəkili bildirib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti