Gürcüstan, Tbilisi, 16 fevral /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda daha bir nəfər H1N1 virusundan vəfat edib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən Trend-ə verilən məlumata görə, bu dəfə digər xroniki xəstəlikləri olan və nəticədə "donuz qripi"nin fəsadlaşmasına gətirib çıxaran 50 yaşlı qadın dünyasını dəyişib.
Bu, artıq bu il Gürcüstanda qripin 17-ci qurbanıdır. Onlardan 12-si H1N1 virusundan vəfat edib. Yerdə qalanlar isə A və B tipli virusların digər alt tiplərinə yoluxma nəticəsində ölüblər.
Mərkəzdən Trend-ə verilən məlumata görə, bu günədək 425 nəfərdə "donuz qripi" virusu qeydə alınıb və laborator qaydada təsdiqlənib. Onların böyük hissəsi virusdan tam sağalıb.