...

Ekologiya Nazirliyi Lənkəran meşələrində və Hirkan Milli Parkında ağacların qırılması ilə bağlı yoxlama aparır

Cəmiyyət Materials 20 Fevral 2011 13:39 (UTC +04:00)
Lənkəran rayonunun meşələrində və Hirkan Milli Parkının ərazisində ağacların qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş siqnal əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən geniş yoxlama aparılır. Bu barədə bazar günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ekologiya Nazirliyi Lənkəran meşələrində və Hirkan Milli Parkında ağacların qırılması ilə bağlı yoxlama aparır

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Lənkəran rayonunun meşələrində və Hirkan Milli Parkının ərazisində ağacların qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş siqnal əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən geniş yoxlama aparılır. Bu barədə bazar günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Yoxlamanın ilkin nəticələrinə görə, Hirkan Milli Parkının Seyfidor meşəçiliyinin 34 saylı dolayında Lənkəran rayon sakini Anar Mirzəyev tərəfindən üç ədəd 2,58 m3 həcmində fısdıq ağacının kəsildiyi müəyyən olunub və həmin şəxs 200 manat məbləğində inzibati qaydada cərimə edilib.

Qeyd olunan faktla bağlı Hirkan Milli Parkının yegeri Pənah Nuriyev tutduğu vəzifədən azad olunub.

Ərazidə aparılan yoxlamalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti