...

Azərbaycanda soyuq hava şəraiti davam edəcək

Cəmiyyət Materials 21 Fevral 2011 12:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal küləyi əsəcək.
Azərbaycanda soyuq hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Fevralın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı 2 gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti