...

Azərbaycanda 6 rayon məhkəməsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib

Cəmiyyət Materials 21 Fevral 2011 18:13 (UTC +04:00)
AMəhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, Şurada yeni yaradılmış Korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən vətəndaşların şikayətləri əsasında Bakı şəhərinin Yasamal, Binəqədi, Xəzər, Nizami rayon, Mingəçevir şəhər və Gədəbəy rayon məhkəmələrində keçirilmiş yoxlamalar nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib.
Azərbaycanda 6 rayon məhkəməsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 6 rayon məhkəməsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, Şurada yeni yaradılmış Korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən vətəndaşların şikayətləri əsasında Bakı şəhərinin Yasamal, Binəqədi, Xəzər, Nizami rayon, Mingəçevir şəhər və Gədəbəy rayon məhkəmələrində keçirilmiş yoxlamalar nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib.

Məlumata görə, adıçəkilən məhkəmələrdə bəzi hakimlər kobud süründürməçilik edib, məhkəmə proseslərində tərəflərin iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirləri görməyərək, cavabdehin prosesdən kənarda qalmasına, apelyasiya hüququnun əsassız məhdudlaşdırılmasına və digər pozuntulara yol verilib.

Bununla əlaqədar Şura tərəfindən 6 hakim barədə intizam icraatları başlanılıb.

Hazırda korrupsiyaya şərait yaradan halların aşkara çıxarılması və aradan qaldırılması üzrə tədbirlər davam etdirilir, bu məqsədlə məhkəmələrdə mütəmadi monitorinqlər keçirilir, vətəndaşların müraciətlərinin hərtərəfli, o cümlədən yerində yoxlanılması təmin olunur.

Xəbər lenti

Xəbər lenti