...

Azərbaycan gənclər və idman naziri korrupsiya ilə mübarizə haqqında qərar qəbul edib

Cəmiyyət Materials 24 Fevral 2011 17:39 (UTC +04:00)
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov korrupsiya ilə mübarizə haqqında qərar qəbul edib.
Azərbaycan gənclər və idman naziri korrupsiya ilə mübarizə haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov korrupsiya ilə mübarizə haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyində cümə axşamı korrupsiya ilə mübarizəyə həsr olunmuş kollegiya iclasında qəbul olunmuş qərara əsasən, Gənclərlə iş, İdman, Maliyyə və maddi-texniki təchizat və İqtisadiyyat şöbələrinə şəffaflığın qorunması və büdcə xərclərinin məqsədli istifadəsini təmin etmək məqsədi ilə tədbirlərin keçirilməsi zamanı "Büdcə sistemi haqqında" qanunun tələblərinə ciddi riayət edilməsi tapşırılıb.

Qərarda həmçinin nazirliyin tabeçiliyində olan tədris müəssisələrində dövlət, attestasiya, sınaq və buraxılış imtahanları zamanı neqativ halların qarşısının alınmasına nəzarətin gücləndirilməsi tapşırığı verilib.

Nazirliyin Ümumi şöbəsinə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin operativ və hərtərəfli araşdırılması, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində nazirliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Qərarda görülən işlərin davamı olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi biliklərin artırılması məqsədi ilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinin təmin edilməsi öz əksini tapıb.

Kollegiyanın qərarı həmçinin Gənclər və İdman Nazirliyinin tabeliyində olan bütün qurumların mütəmadi olaraq rüşvətxorluq və korrupsiyaya qarşı fəaliyyətləri haqqında məlumatları nazirliyin Mərkəzi Aparatına təqdim etməsini özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti