...

Tatarıstan Azərbaycana fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq təklif edir (FOTO)

Cəmiyyət Materials 2 Mart 2011 17:44 (UTC +04:00)
Tatarıstan Prezidenti Azərbaycan FHN-ə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq təklif edib.
Tatarıstan Azərbaycana fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq təklif edir (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Tatarıstan Prezidenti Azərbaycan FHN-ə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq təklif edib.

"Tatarıstan texnogen respublikadır. Biz bütün FHN xidmətlərinin əlaqələndirilməsi üçün GLONAS sistemindən istifadə edirik ki, bu, Azərbaycan üçün də maraqlı ola bilər", - Azərbaycanda səfərdə olan Ruysiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə bildirib.

"Ötən il bizə çox şey öyrətdi. İstidən kənd təsərrüfatı çox ziyan çəkdi, dənli bitkilər az yığıldı. Bu baxımdan FHN-nin işi daha da vacibdir", - Minnixanov deyib.

Onun sözlərinə görə, xidmətin işinin uğuru operativlikdən asılıdır ki, GLONAS əlaqələndirmə sisteminin işi buna kömək edir, eləcə də FHN xidmətinin ümumi texniki təchizatı, xəbərdarlıq sistemləri və s. çox mühümdür.

Azərbaycan FHN rəhbəri iqlim problemini çox mühüm adlandırıb. Onun sözlərinə görə, bu kontekstdə bu gün FHN üçün səmərəli iş çox vacibdir.

Tatarıstan Prezidentinin Azərbaycana səfəri çərşənbə axşamı başlayıb.

Minnixanov səfəri zamanı Heydər Əliyev Fonduna da baş çəkib.

Xəbər lenti

Xəbər lenti