...

Bir neçə ildən sonra Azərbaycan yeni qızıl yataqlarının istismarına başlayacaq

Cəmiyyət Materials 3 Mart 2011 14:54 (UTC +04:00)
Azərbaycanda yeni qızıl yataqları bir neçə ildən sonra istismar edilməyə başlayacaq.
Bir neçə ildən sonra Azərbaycan yeni qızıl yataqlarının istismarına başlayacaq

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni qızıl yataqları bir neçə ildən sonra istismar edilməyə başlayacaq.

Bir neçə il ərzində yeni qızıl yataqlarının istismara verilməsi üçün kəşfiyyat işləri aparılmalıdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Yeni qızıl nümunələri laboratoriyalara göndərilir və geoloqlar rəy verirlər. Yalnız bu işlərdən sonra beynəlxalq maliyyə institutları qızıl hasilatı üzrə şirkətlərlə saziş bağlayacaqlar", - Bağırov bildirib.

Azərbaycanda qızıl istehsalçısı olan "Anglo Asian Mining Plc" şirkəti ötən ay ölkə hökumətinə "Qoşa" yatağında qızılın aşkar edilməsi haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti