...

Trend BİA və Litvanın ELTA xəbər agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 3 Mart 2011 16:01 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi və Litvanın ELTA xəbər agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar.
Trend BİA və Litvanın ELTA xəbər agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 3 mart /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyi və Litvanın ELTA xəbər agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar.

Müqaviləni Trend-in baş direktoru İlqar Hüseynov və ELTA-nın baş direktoru Qrajin Ramanuskayte-Tyumenevene imzalayıblar.

Sənədə görə, tərəflər Litva və Azərbaycan ərazisində və onların hüdudlarından kənarda siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyat haqqında operativ informasiyaların, analitik materialların, eləcə də fotoşəkillərin müntəzəm şəkildə mübadiləsini həyata keçirəcəklər. Tərəflər həmçinin dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinin, eləcə də iki ölkə ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərin informasiya dəstəyinin təşkili və təminatında sıx əməkdaşlıq etmək fikrindədirlər.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Agentlik hər gün beş dildə - ingilis, rus, Azərbaycan, fars və ərəb dillərində 600-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.

Özünün 90 illiyini qeyd edən ELTA Baltikyanı ölkələrdə liderlik edən informasiya agentliyidir. 1920-ci ildən ELTA dövlət agentliyi kimi fəaliyyət göstərib, 1996-cı ildən müstəqil xəbər agentliyinə, səhmdar cəmiyyətə çevrilib. ELTA-nın /www.elta.lt/ saytında siyasət, biznes, idman, mədəniyyət, əyləncə sahəsində Litva və dünyadan ən mühüm xəbər və materiallar bütün gün ərzində yenilənir. Agentlik Litva, ingilis və rus dillərində informasiyalar buraxır.

Xəbər lenti

Xəbər lenti