...

FİFA və UEFA prezidentləri Azərbaycana gələcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Mart 2011 14:15 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini iyunun 8-9-da Azərbaycana gələcək. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) konfrasında UEFA prezidentinin müşaviri Paskal Torres deyib.
FİFA və UEFA prezidentləri Azərbaycana gələcək (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (ilk xəbər 12:54-də yayılıb)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.İsmayılov/

UEFA prezidenti Mişel Platini iyunun 8-9-da Azərbaycana gələcək. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) konfrasında UEFA prezidentinin müşaviri Paskal Torres deyib.

Onun sözlərinə görə, Platini səfər çərçivəsində Azərbaycan futbolunun 100 illiyi ilə bağlı keçirilən rəsmi tədbirlərdə iştirak edəcək.

Torres bildirib ki, Azərbaycan futbolu inkişaf edir və infrastruktur qurulur.

FİFA prezidenti Yozef Blatter də Bakıya səfər edəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ali futbol qurumunun rəhbəri iyunda Azərbaycan futbolunun 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qatılmaq üçün ölkəmizə gələcək.

Xəbər lenti

Xəbər lenti