...

Azərbaycanda qanunsuz ov edən doqquz nəfər saxlanılıb

Cəmiyyət Materials 7 Mart 2011 10:29 (UTC +04:00)
Azərbaycanda qanunsuz ov edən doqquz nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Azərbaycanda qanunsuz ov edən doqquz nəfər saxlanılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz ov edən doqquz nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Zaqatala Dövlət Təbiət Qoruğunda ov edən dörd nəfər saxlanılıb və onlardan 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülüb. Həmin şəxslərin hərəsi 1000 manat məbləğində cərimə olunub və məbləğin ödənilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət edilib. Eyni məbləğdə cərimə Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Vaqif Məmmədova qarşı da tətbiq olunub.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı daha dörd nəfər saxlanılıb, onlardan 4 ədəd ov tüfəngi, 14 ədəd patron götürülərək hər biri 1000 manat məbləğindəcərimə edilib.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılıb, 2 ədəd tor isə götürülərək aktlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti