...

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmurlu olacaq

Cəmiyyət Materials 9 Mart 2011 11:19 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti əsasən yağmurlu olacaq. Bu barədə Trend-ə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah Azərbaycanda hava şəraiti əsasən yağmurlu olacaq

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmurlu olacaq. Bu barədə Trend-ə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 10-da hava şəraitinin buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə martın 10-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti