Azərbaycanda dövlət qulluqçuları barədə reyestr məlumatları verməyən vəzifəli şəxslər cərimələnəcəklər

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda dövlət qulluqçuları barədə reyestr məlumatları verməyən dövlət orqanlarının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunacaqlar.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı 348.5-ci maddə əlavə olunub.
Həmin maddədə qeyd edilir ki, dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 700 manatadək məbləğdə cərimələnəcəklər.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq