...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2011 16:26 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan Texniki Universitetində keçirilən aksiyada cəmiyyətin 100-ə yaxın könüllüsü qan verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 91-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Texniki Universitetində keçirilən aksiyada cəmiyyətin 100-ə yaxın könüllüsü qan verib.

Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov (Novruz Aslan) ilk olaraq qan verərək, bu xeyirxah təşəbbüsü dəstəkləyən insanlara təşəkkür edib.

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri, könüllüləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ayparaçılar ümummilli liderin və şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli fərmanı ilə 10 mart Azərbaycanda "Qızıl Aypara Günü" kimi qeyd olunur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası rayon komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi var. Cəmiyyət 290 mindən artıq üzvü, 17 minə yaxın könüllünü özündə birləşdirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığının, fəlakətlər zamanı davranış qaydalarının, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyətli rol oynayıb.

Xəbər lenti

Xəbər lenti