...

Bakıda Novruz bayramı günlərində yol polisi piyadalarla bağlı reydlərə başlayacaq

Cəmiyyət Materials 11 Mart 2011 12:40 (UTC +04:00)
Bu barədə Trend-ə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Bakıda Novruz bayramı günlərində yol polisi piyadalarla bağlı reydlərə başlayacaq

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Novruz bayramı günlərində yol polisi piyadalarla bağlı reydlərə başlayacaq.

Bu barədə Trend-ə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisi deyib ki, bayram günlərində paytaxt küçələrində piyadaların hərəkəti intensiv olduğundan yol qəzalarının başvermə riski çoxdur.

Bu məqsədlə də yol polisi bayram günlərində piyadalarla bağlı reydlərə başlayacaq. Reydlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalara qarşı ciddi tədbirlər görüləcək.

İdarə rəsmisinin sözlərinə görə, bayram günlərində yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Əliyevin sözlərinə görə, ötən gecə Bakıda qeydə alınan 9 yol nəqliyyat hadisəsindən 7-si piyadaların vurulması ilə bağlı olub. Nəticədə 2 piyada həlak olub, 5-i isə xəsarət alıb.

O, bildirib ki, baş verən qəzaların hamısı günün qaranlıq vaxtlarında qeydə alınıb.

Əliyevin sözlərinə görə, qəzalar piyadaların laqeydliyi səbəbindən baş verir.

"Piyadalar yolu kortəbii surətdə keçirlər. Axşam saatlarında yolu keçərkən diqqətli olmurlar. Qaranlıq olduğundan sürücülərin də yoldakı piyadanı görməsi çətinləşir", - Əliyev deyib.

Şöbə rəisi piyadaları diqqətli olmağa, yolu keçərkən yol hərəkəti qaydalarına riayət etməyə, qadağan olunmuş yerlərdən keçməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti