...

Bakıda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət Materials 14 Mart 2011 10:16 (UTC +04:00)
İsveçrə prezidentinin Azərbaycana gəlişi ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakıda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

İsveçrə prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib.

Əsədov bildirib ki, bu gün saat 07:30-dan başlayaraq martın 15-ə qədər tədbirlər başa çatana qədər Aeroport şosesi, Mərdəkan, Buzovna dairələri istiqamətində, İçərişəhər istiqamətinə, Böyük Şor küçəsi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Neftçilər prospektləri, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri istiqamətində avtomobillərin hərəkəti dayandırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub.

Yol Polisi sürücülərə xəbərdarlıq edir ki, qeyd olunan küçə və prospektlərdə, eləcə də Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, həmçinin əks istiqamətə, Həsən Əliyev küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospektində maşınların park edilməsi qadağan olunacaq.

Yol Polisi sürücülərə və avtomobil sahiblərinə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini məsləhət görür.

Xəbər lenti

Xəbər lenti