...

İlaxır çərşənbədə Bakı dumanlı olacaq

Cəmiyyət Materials 14 Mart 2011 11:23 (UTC +04:00)
İlaxır çərşənbədə Bakı dumanlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
İlaxır çərşənbədə Bakı dumanlı olacaq

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

İlaxır çərşənbədə Bakı dumanlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Martın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti