...

Bütün Qafqazın şeyxi ABŞ Dövlət Departamentinin nümayəndələri ilə regiondakı dini vəziyyəti müzakirə edib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2011 18:44 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb.
Bütün Qafqazın şeyxi ABŞ Dövlət Departamentinin nümayəndələri ilə regiondakı dini vəziyyəti müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ Dövlət Departamentinin müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Fərəh Pandis və antisemitizm üzrə xüsusi elçisi Hanna Rozental iştirak ediblər.

Görüş zamanı Şeyxülislam Paşazadə qonaqlara Azərbaycandakı dini durum və Azərbaycan xalqının başqa dinə mənsub xalqların nümayəndələrinə qarşı olan tolerant münasibətindən söz açıb və qeyd edib ki, Azərbaycanda mütəmadi olaraq keçirilən tədbirlər Azərbaycan xalqının və dövlətinin tolerantlığının bariz nümunəsidir.

Paşazadə ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Metyu Brayzanı təbrik edib və bu təyinatın ABŞ və Azərbaycan xalqları arasında olan əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyini deyib.

Öz növbəsində səfir Brayza Şeyxülislama qəbula görə təşəkkürünü bildirib. Brayza Azərbaycanda dini dözümlülük və tolerantlığı yüksək qiymətləndirdiyini deyib.

Daha sonra dinlərarası nifrətin azaldılması və tolerantlıq məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qonaqlar qeyd olunan məsələlərlə bağlı şeyxlə məsləhətləşmələr aparıblar.

Xəbər lenti

Xəbər lenti