...

Daxili işlər naziri vətəndaşların şikayətlərinin təmin olunması üçün tapşırıq verib

Cəmiyyət Materials 16 Mart 2011 12:57 (UTC +04:00)
Azərbaycan daxili işlər naziri tərəfindən Şirvan şəhərində qəbul edilən 22 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb.
Daxili işlər naziri vətəndaşların şikayətlərinin təmin olunması üçün tapşırıq verib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan daxili işlər naziri tərəfindən Şirvan şəhərində qəbul edilən 22 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov Şirvan şəhər Polis Şöbəsində adı çəkilən şəhərin və Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl rayonlarının bir qrup sakinini qəbul edib.

Nazir vətəndaşların müraciət və şikayətlərini dinləyib, onların təxirə salınmadan və operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib.

General-polkovnik Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə, onlar tərəfindən qaldırılmış bütün məsələlərə mövcud qanunvericilik çərçivəsində, obyektiv şəkildə və ədalətlə baxılacağını vurğulayıb.

Nazir martın 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək. Şimal regionu üzrə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri qəbul olunacaqlar.

Xəbər lenti

Xəbər lenti