...

Dünya Azərbaycanlıları Konqresinin Özbəkistan bürosu yaradılıb

Cəmiyyət Materials 17 Mart 2011 14:15 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Özbəkistan bürosu yaradılıb. Bu barədə cümə axşamı Trend-ə DAK-ın həmsədri Sabir Rüstəmxanlı məlumat verib.
Dünya Azərbaycanlıları Konqresinin Özbəkistan bürosu yaradılıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Özbəkistan bürosu yaradılıb. Bu barədə cümə axşamı Trend-ə DAK-ın həmsədri Sabir Rüstəmxanlı məlumat verib.

Rüstəmxanlı qeyd edib ki, o, bir neçə gün öncə Özbəkistanda səfərdə olub və DAK-ın Özbəkistan təşkilatınn təsis edilməsi ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Onun sözlərinə görə, Özbəkistanda çoxlu sayda azərbaycanlı yaşayır. Hazırda Özbəkistan bürosunda təşkilatlanma işləri gedir.

Dünya Azərbaycanlıları Konqresi 1996-cı ildə təsis olunub. DAK Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının hüquqlarının müdafiəsində duran beynəlxalq ictimai təşkilatdır. DAK fəaliyyətində demokratik prinsiplərin aliliyini əsas tutaraq, hər bir azərbaycanlınin fərdi, sosial-iqtisadi, siyasi və mədəni hüquqlarının qorunmasını ictimai təşkilat kimi bir vəzifə olaraq üzərinə götürüb. DAK kollegial idarəetmə sisteminə malikdir, fəaliyyətində tam sərbəstdir, heç bir dövlət, hökumət və qeyri-hökumət təşkilatları qarşısında məsul deyil. DAK fəaliyyətini Ümumdünya insan haqları Bəyannaməsinə, beynəlxalq hüquq normalarında əks olunmuş mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqların müdafiəsinə yönəlmiş prinsiplərə və nizamnaməsinə uyğun qurur.

Xəbər lenti

Xəbər lenti