...

Mərakeşin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 18 Mart 2011 14:35 (UTC +04:00)
Bakıda səfərdə olan Mərakeşin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüb.
Mərakeşin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda səfərdə olan Mərakeşin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib.

Rzayev son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.

Azərbaycanın Mərakeş Krallığı ilə işgüzar əlaqələrinin yaranmasından razılığını ifadə edən Ali Məhkəmənin sədri Mərakeşin ədliyyə nazirinin ölkəmizə səfərinin iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəyindən əmin olunduğunu bildirib.

Mərakeş Kralliğının məhkəmə sistemi haqqında ətraflı danışan Nəsiri iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.

O, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib.

Martın 13-dən 19-dək davam edəcək səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında "Əməkdaşlıq haqqında" saziş, "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında", "Təslimetmə haqqında" müqavilələr imzalanıb.

Xəbər lenti

Xəbər lenti