...

Saatlı rayonundakı restoranın ərazisində ağacların kəsilməsi faktı araşdırılıb

Cəmiyyət Materials 18 Mart 2011 17:03 (UTC +04:00)
Azərbaycanın Saatlı rayonundakı restoranın ərazisində ağacların kəsilməsi faktı araşdırılıb.
Saatlı rayonundakı restoranın ərazisində ağacların kəsilməsi faktı araşdırılıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Saatlı rayonundakı restoranın ərazisində ağacların kəsilməsi faktı araşdırılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Saatlı rayonunun Bəylər kəndində yerləşən "Sərin" restoranının ərazisində Mil-Muğan Meşə Meliorasiya İdarəsinə aid meşə sahəsində yaş köküstə, müxtəlif diametrli 5 ədəd göyrüş, eləcə də yol kənarında müxtəlif vaxtlarda 7 ədəd söyüd və 8 ədəd müxtəlifcinsli ağacların kəsildiyi müəyyən edilib.

Məlumata görə, faktla bağlı protokol tərtib olunub və təbiətə dəymiş ziyana görə Mil-Muğan Meşə Meliorasiya İdarəsinə qarşı inzibati tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti