...

Bakıda böyük təhsil sərgisi keçiriləcək

Cəmiyyət Materials 28 Mart 2011 14:39 (UTC +04:00)
Aprelin 9-da Bakıda böyük təhsil sərgisi açılacaq. Trend-in məlumatına görə, bu barədə sərginin təşkilatçısı olan Türkiyənin "Akare International Education Fairs" şirkətinin məlumatında deyilir.
Bakıda böyük təhsil sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Aprelin 9-da Bakıda böyük təhsil sərgisi açılacaq. Trend-in məlumatına görə, bu barədə sərginin təşkilatçısı olan Türkiyənin "Akare International Education Fairs" şirkətinin məlumatında deyilir.

Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin ali məktəbləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları barədə ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində ali məktəblərə daxil olan zaman nəzərdə tutulan tələblər, təhsil haqqı və s. məsələlərlə bağlı informasiya verəcəklər.

Sərgi 9-10 apreldə saat 13:00-dan 18:00-a kimi "Hyatt Regency" otelində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti