...

İbrahim Tatlısəs palataya köçürülüb

Cəmiyyət Materials 28 Mart 2011 14:01 (UTC +04:00)
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bazar ertəsi reanimasiya şöbəsindən palataya köçürülüb.
İbrahim Tatlısəs palataya köçürülüb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bazar ertəsi reanimasiya şöbəsindən palataya köçürülüb.

Trend-in haberler.com-a istinadən verdiyi məlumata görə, bu gün müğənnini müalicə edən həkimlər bu barədə açıqlama veriblər.

Həkimlər bildiriblər ki, İbrahim Tatlısəsin həyati təhlükəsi geridə qalıb və o, müalicəsini palatada davam etdirəcək.

Onlar qeyd ediblər ki, hələ müalicənin ikinci həftəsidir və antibiotik müalicəsi bundan sonra da iki həftə davam etdiriləcək.

Həkimlərin sözlərinə görə, Tatlısəsin sol tərəfində gücsüzlük var və hələlik ayağa qalxmaq iqtidarında deyil. Bununla belə, müğənninin kiçik addımlarla və tibb bacılarının köməyi ilə yeridiyi bildirilir.

Tatlısəs martın 14-də silahlı basqına məruz qalıb. Müğənninin həyatına sui-qəsd zamanı o, başından ağır güllə yarası alıb, assistenti isə çiynindən vurulub.

Tatlısəsə sui-qəsddə şübhəli bilinən 20 nəfər İstanbul polisi tərəfindən saxlanılıb.

Sui-qəsdin Abdullah Uçmaqın rəhbərliyi ilə törədildiyi müəyyən edilib.

Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti