...

Azərbaycanda dağ çaylarında sululuğun artımı müşahidə olunur

Cəmiyyət Materials 28 Mart 2011 14:57 (UTC +04:00)
Azərbaycanda son günlər temperaturun yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunur.
Azərbaycanda dağ çaylarında sululuğun artımı müşahidə olunur

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda son günlər temperaturun yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.

Hazırda Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində çayların sululuğu ongünlük normadan iki dəfəyədək çoxdur, Kiçik Qafqazın çaylarında isə ongünlük normanın 90-135 faizini təşkil edir.

Kür çayının aşağı axınında Surra məntəqəsində suyun hazırkı səviyyəsi 640 sm, Şirvanda 556 sm, Salyanda 480 sm, Bankədə 341 sm, Araz çayının Novruzlu məntəqəsində isə 353 sm təşkil edir.

Xəbər lenti

Xəbər lenti