...

Azərbaycan cüdoçuları Kutaisidə məşq edirlər

Cəmiyyət Materials 29 Mart 2011 19:08 (UTC +04:00)
Bakının ehtiyat olimpiyaçılardan ibarət cüdo komandası Kutaisidədir. Onlar 17 saylı internat-məktəb kompleksində yerli cüdoçularla birgə məşqlər edirlər.
Azərbaycan cüdoçuları Kutaisidə məşq edirlər

Gürcüstan, Tbilisi, 29 mart /Trend, müxbir N.Kirsxaliya/

Bakının ehtiyat olimpiyaçılardan ibarət cüdo komandası Kutaisidədir. Onlar 17 saylı internat-məktəb kompleksində yerli cüdoçularla birgə məşqlər edirlər.

"Gürcüstanda çoxlu uğur qazanmış cüdoçu var. İki olimpiya çempionu - David Xaxaleişvili və İrakli Tsirekidze Kutaisidəndirlər. Bundan çıxış edərək təəccüblü deyil ki, təcrübə əldə etmək üçün biz böyük ənənəyə malik şəhəri seçmişik. Biz Gürcüstana 14 cüdoçu gətirmişik. Biz şəraitdən çox razıyıq və məşqlər səmərəli keçir. David Xaxaleişvili bilavasitə prosesə daxil edilib və gənc idmançılar ondan çox şey öyrənirlər. Gürcüstan döst ölkədir. Biz burada özümüzü rahat hiss edirik və gələcəkdə mütləq Kutaisiyə qayıdacağıq", - Bakı ehtiyat olimpiyaçılar məktəbinin direktoru Eldar Fərəcov deyib.

"Son illər Azərbaycanda cüdo uğurlu idman növü olub. Biz qonşularla mütəmadi əməkdaşlıq edirik və tez-tez təcrübə mübadiləsi edirik", - Xaxaleişvili bildirib.

Xəbər lenti

Xəbər lenti