Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/
"Hünər" vətənpərvərlik mahnıları müsabiqəsi çərşənbə günü M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Hünər" VI vətənpərvərlik mahnıları müsabiqəsinin seçim turu martın 29-da keçirilib. Bu gün isə müsabiqənin mükafatlandırma mərasimi və yekun konserti olacaq.
Müsabiqədə respublikanın rayon və şəhərlərindən olan gənc ifaçılar iştirak edəcəklər. Qaliblərə nazirliyin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunacaq.
Azərbaycanda vətənpərvərlik mövzusunda mahnı müsabiqəsi keçirilir