...

Gəncədə istintaq təcridxanasında saxlanılan şəxs aclığı dayandırdı

Cəmiyyət Materials 30 Mart 2011 17:43 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonu Car kəndinin sakini insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya teleqram ünvanlayaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərindəki 2 saylı istintaq təcridxanasında saxlanılan həyat yoldaşı Elşən İbrahim oğlu Əliyevin aclıq aksiyası keçirdiyini, onun tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Gəncədə istintaq təcridxanasında saxlanılan şəxs aclığı dayandırdı

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədəki istintaq təcridxanasında saxlanılan şəxs aclığı dayandırdı.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonu Car kəndinin sakini insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya teleqram ünvanlayaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərindəki 2 saylı istintaq təcridxanasında saxlanılan həyat yoldaşı Elşən İbrahim oğlu Əliyevin aclıq aksiyası keçirdiyini, onun tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Şikayətçi həyat yoldaşının səhhətindən narahat olduğunu, həkim müayinəsindən keçirilməsi və aclığı dayandırmasında kömək göstərilməsini ombudsmandan xahiş edib.

Süleymanova şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini müvəkkilin Gəncə regional mərkəzinin əməkdaşlarına tapşırıb.

Gəncə regional mərkəzinin əməkdaşları 2 saylı istintaq təcridxanasında saxlanılan Elşən Əliyevlə müxtəlif vaxtlarda iki dəfə görüşüb söhbət aparıblar. O, barəsində açılmış cinayət işinin istintaqına etiraz əlaməti olaraq aclıq keçirdiyini söyləyib.

Ona hüquqları izah edilib, səhhətinə ziyan vuran aclıq aksiyasını dayandırmaq tövsiyə olunub. Ombudsmanın nümayəndələri eyni zamanda həmin saxlanılan şəxsin həkim müayinəsini təşkil ediblər.

Müvəkkilin tapşırığı ilə mərkəzin əməkdaşları yenidən Əliyevlə görüşdükləri zaman o, aclığı dayandırdığını, sağlıq durumunun normal olduğunu və istintaq təcridxanasında qida ilə təmin edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti