...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin birinci siniflərinə qəbul məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 31 Mart 2011 15:09 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin birinci siniflərinə qəbul məsələsinə aydınlıq gətirib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin birinci siniflərinə qəbul məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Z.Əhmədova/

2011/2012-ci tədris ili üçün Bakı məktəblərinin birinci siniflərinə sənədlərin qəbulu avqustda başlayacaq. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Avqustun 15-dən Bakı məktəblərinin birinci siniflərinə sənədlərin qəbulu başlayacaq", - idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, uşaqların birinci sinfə qəbul edilməsi üçün ərizə, doğum haqqında şəhadətnamə, tibbi arayış, valideynin şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.

"Bakı məktəblərinə sənədlərin qəbulu prosesi sentyabrın 15-dək davam edəcək", - o bildirib.

Əliqızı əlavə edib ki, məktəb administrasiyalarının validenylərdən nə üçün nəzərdə tutulmasından asılı olmayaraq - avadanlıqların, məktəb mebellərinin, yeni dərslik və dərs vəsaitlərinin alınmasına görə - ödənişlər tələb etmək hüququ yoxdur.

Birinci siniflərə altı yaşı tamam olmuş və ya noyabrın birinədək tamam olacaq uşaqlar qəbul olunurlar.

Xəbər lenti

Xəbər lenti