...

Rumıniyada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş geniş tədbir keçirilib

Cəmiyyət Materials 31 Mart 2011 16:46 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən cümə axşamı 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilib.
Rumıniyada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş geniş tədbir keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən cümə axşamı 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilib. Trend-in məlumatına görə, bu barədə səfirliyin məlumatında bildirilir.

Tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, KİV nümayəndələri iştirak edib.

Tədbirdə azərbaycanlıların soyqırımının tarixi, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd olunub.

Çıxış edənlər 1948-1953-cü illərdəki deportasiyadan söhbət açaraq, 1946-47-ci illərdə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Rumıniyadan 86 mindən çox erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948-50-ci illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100 min azərbaycanlının öz yaşayış yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat veriblər.

Tədbir çərçivəsində azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən fotoguşə iştirakçılara nümayiş etdirilib.

Həmçinin, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış geniş press-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərə də göndərilib.

Xəbər lenti

Xəbər lenti