...

Azərbaycanda müəlliflik hüququ ilə bağlı qanunvericilikdəki ziddiyyət aradan qaldırıldı

Cəmiyyət Materials 5 Aprel 2011 16:53 (UTC +04:00)
Azərbaycanda müəlliflik hüququ ilə bağlı qanunvericilikdəki ziddiyyət aradan qaldırıldı.
Azərbaycanda müəlliflik hüququ ilə bağlı qanunvericilikdəki ziddiyyət aradan qaldırıldı

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müəlliflik hüququ ilə bağlı qanunvericilikdəki ziddiyyət aradan qaldırıldı.

Azərbaycan hökuməti "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun tətbiq edilməsi məsələləri haqqında qərarına dəyişiklik edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Qərara əsasən, qanunda qeyd olunan "Əsərin qeydiyyatı haqqında Şəhadətnamə"nin nümunəsindən "Bu Şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir" cümləsi çıxarılıb.

Azərbaycan Müəllif Hüquqları Agentliyindən Trend-ə bildiriblər ki, dəyişiklik Şəhadətnamədə əks olunan "Bu Şəhadətnamə məhkəmə tərəfindən əks hal sübut edilmədikdə prezumpsiya kimi çıxış edir" bəndi ilə ziddiyyəti aradan qaldırmaq üçün edilib.

Həmçinin, Nazirlər Kabinetinin qərarına görə, "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları"nın 6.1-ci bəndində "Xalq yaradıcılığı əsərləri" ifadəsi "Folklor nümunələri"nə (ənənəvi mədəni nümunələr) dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti