...

Qobustan həbsxanasının sabiq rəisi korrupsiya cinayətində ittiham olunur

Cəmiyyət Materials 6 Aprel 2011 18:01 (UTC +04:00)
Ədliyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, sabiq rəis Kazım Abdullayevlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət daxil olub. Həmin şikayət əsasında onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.
Qobustan həbsxanasının sabiq rəisi korrupsiya cinayətində ittiham olunur

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Qobustan həbsxanasının sabiq rəisi korrupsiya cinayətində ittiham olunur.

Ədliyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, sabiq rəis Kazım Abdullayevlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət daxil olub. Həmin şikayət əsasında onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilmədiyini bildirib. İstintaq zamanı sabiq rəisin korrupsiya cinayətində təqsiri sübuta yetirilərsə, barəsində ittiham elan olunaraq həbs ediləcək.

Hüquq-mühafizə orqanlarındakı digər etibarlı mənbə Trend-ə bildirib ki, həbsxananın bir neçə əməkdaşı ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mənimsəmə faktı üzrə cinayət işi başlanıb.

Məlumata görə, həbsxana əməkdaşları məhkumlar üçün ayrılmış ərzaq məhsullarının mənimsənilməsində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti