...

Almaniyada Azərbaycan gecəsi keçirilib

Cəmiyyət Materials 6 Aprel 2011 18:57 (UTC +04:00)
Almaniyanın Köln şəhərində Azərbaycan gecəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Almaniyada Azərbaycan gecəsi keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Almaniyanın Köln şəhərində Azərbaycan gecəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Azərbaycan gecəsinin proqramı öz rəngarəngliyi ilə seçilib. Axşama toplaşan qonaqlar Azərbaycan xalq rəqslərinə tamaşa edib, Azərbaycan poeziyasından parçalar dinləyib, Azərbaycan mahnılarının sədaları altında şənləniblər.

Gecənin qonağı əsli Cənubi Azərbaycandan olan müğənni Cavid Təbrizli və Pəri Hadıqızı xalq mahnılarını qonaqlara təqdim ediblər.

Tədbirdə Azərbaycan milli mətbəxinin nümunələri də təqdim olunub.

Gecəni Kölndə yaşayan azərbaycanlılar Murat Burak, Aydın bəy Əfşari, Bəhruz Əli Məhəmmədi təşkil edib.

Xəbər lenti

Xəbər lenti