...

Bakıda Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatının təsis qurultayı keçiriləcək

Cəmiyyət Materials 6 Aprel 2011 19:36 (UTC +04:00)
Aprelin 9-10-da Bakıda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun "Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatı"nın təsis qurultayı keçiriləcək.
Bakıda Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatının təsis qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 9-10-da Bakıda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun "Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatı"nın təsis qurultayı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə forumun məlumatında deyilir.

Qurultay BMT Sivilizasiyaların İttifaqı Katibliyi, Heydər Əliyev Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.

Qurultayın sonunda KİV-lər mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti